AŞPA-da “Vatslav Havel” insan haqları mükafatının qalibinin adı açıqlanacaq

Bu gün AŞPA-nın payız sessiyası başlayır.

Etikxeber.az-ın məlumatına görə, sessiya oktyabrın 14-dək davam edəcək. Sessiya zamanı Fransa prezidenti Fransua Oland, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayervə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edəcəklər.

Payız sessiyasında Türkiyədəki vəziyyət, Ukrayna münaqişəsi, surroqatlıqla bağlı uşaq hüquqları, maliyyə və sosial ədalətin təminatı məsələləri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa dair müzakirələr aparılacaq. Estoniya xarici işlər naziri Jürgen Liqi sədrlik etdiyi AŞ Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat verəcək.

Payız sessiyasında 2016-cı il üzrə “Vatslav Havel” insan haqları mükafatının qalibinin adı açıqlanacaq.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərinə gedib.

Etikxeber.az

Read Previous

Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir