AŞPA-da “Zeytun budağı”ndan danışıldı…

Sahibə Qafarova: “Məqsəd Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirməkdir”

“Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirməkdir”.

Etikxeber.az  xəbər verir ki, bu fikri AŞPA sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı ölkəmizin qurumdakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.

Deputat vurğulayıb ki, Türkiyənin bu əməliyyata başlaması ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorumaq məqsədi daşıyır.

resimid_4477981-1

“Düşünürəm ki, Türkiyə Silahlı Qüvvələrinin bu əməliyyatı beynəlxalq hüququn mühüm sənədlərinə söykənir. Türkiyə beynəlxalq hüquqdan irəli gələn hüquqları çərçivəsində BMT-nin Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə üzrə müvafiq qərarlarına söykənərək belə bir qərar qəbul edib. Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapan özünümüdafiə hüququnu gerçəkləşdirir. Türkiyə dövlət və hökumət başçısı səviyyəsində Suriyanın ərazi bütövlüyünün qorunacağına dair təminat verib” – deyə, o, vurğulayıb.

S. Qafarova AŞPA-dakı həmkarlarına müraciətlə bildirib ki, Türkiyənin bu mövzuda həssas, eyni zamanda, qətiyyətli davranmasını anlamağa çalışmalıyıq. O, bildirib ki, Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Millət vəkilinin dediyinə görə, Türkiyə bu günə qədər Suriyada sülh və təhlükəsizliyin təmin olunması, dinc əhalinin terror hücumlarından qorunması istiqamətində üzərinə böyük məsuliyyət götürüb, həmçinin müharibədən qaçaraq öz həyatlarını xilas etmək istəyən suriyalılara ümid, pənah yeri olub. Türkiyə bu əməliyyatları koalisiya qüvvələri ilə koordinasiyalı və uğurlu məlumatlandırma şəklində həyata keçirir. Əməliyyatda sadəcə terrorçuların hədəfə alınması, mülki vətəndaşların heç bir zərər görməməsi üçün xüsusi səylər göstərilməsi təqdirəlayiqdir:

“Bu əməliyyatların başladığı gündən bəzi beynəlxalq media orqanlarında əməliyyatla bağlı yalnız, qərəzli və təhrif olunmuş məlumatlara rast gəlirik. Həmin media orqanları faktiki olaraq terrorçuların təbliğatını həyata keçirir. Bu, çox yanlış, eyni zamanda, təhlükəli bir məsələdir. Əgər hər hansı bir siyasətçi, media orqanı terrorçuların təbliğatını aparırsa, deməli, həmin qüvvələr arasında bir əlaqə var. Terrorizm beynəlxalq bir bəladır və terrorizmin aradan qaldırılmasına yönəlmiş istənilən cəhd dəstəklənməlidir”.

SAHIBA-ASPA

 

Azərbaycanın da terrorizmdən əziyyət çəkən bir ölkə olduğunu xatırladan deputat bildirib:

“Ermənistan dövləti tərəfindən həyata keçirilən terror siyasəti nəticəsində çox böyük itkilər, qurbanlar vermişik, minlərlə mülki vətəndaşımız qətlə yetirilib, Xocalıda və digər şəhər və rayonlarımızda Ermənistan tərəfindən soyqırımı siyasəti həyata keçirilib, bir milyona yaxın insan doğma torpaqlarından didərgin düşüb, bölgədə ekoloji terror həyata keçirilib, mədəniyyət və tarixi abidələrimiz tamamilə dağılıb. Ona görə də biz terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyirik. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi vacibdir”.

Etikxeber.az

Read Previous

Deputatlar nikah müqaviləsindən, azyaşlı uşaqların cinsi istismarı məsələsindən danışdılar… – YENİLƏNİB – (1)

Read Next

Millət vəkili AŞPA-nın komitə sədri seçilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir