AŞPA komitələrinin iclasları keçiriləcək – SƏMƏD SEYİDOV İCLASLARA QATILACAQ

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfərə gedəcək.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və digər aktual məsələlər müzakirə olunacaq.

Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.

Səfər noyabrın 16-da başa çatacaq.

Etikxeber.az

Read Previous

Bahar Muradova Elşad Həsənovu – TƏBRİK ETDİ…

Read Next

Plenar iclaslarda – BÜDCƏ MÜZAKİRƏLƏRİ BAŞLANDI – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir