AŞPA Nazirlər Komitəsi Qənirə Paşayevanın qaldırdığı məsələni dəstəklədi

AŞPA-da Nazirlər Komitəsinin sədri, Çexiyanın Xarici İşlər Naziri  Lubomir Zaoralek  millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun Azad Demokratlar Qrupu adından Nazirlər Komitəsinin sədrinə sual verib.

O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mədəni irsin  məhv edilməsi və onun qanunsuz ticarətinə qarşı mübarizəyə dair bu ilin may ayından etibarən ratifikasiyasına start verilmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın əhəmiyyətinə toxunub və üzv ölkələrdə bu sənədin imzalanması və ratifikasiyası istiqamətində konkret hansı işlər görüldüyünü soruşub.

Cex Respublikasının xarici işlər naziri, Avropa Şurası Nazirlər komitəsinin sədri Lubomir Zoaralek deputatımızın tamamilə haqlı olduğunu, bu konvensiyanın münaqişələrin, terror aktlarının durmadan baş verməsi səbəbindən böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir qeyd edib ki, artıq 8 ölkə bu konvensiyanı ratifikasiya edib və digər dövlətlərin ratifikasiya etmələri üçün deputatları dövlət səviyyəsində müvafiq tədbirlər görməyə dəvət edib.

Etikxeber.az

Read Previous

Yaxın aylarda Mingəçevir və Quba şəhərlərində yeni mərkəzlər açılacaq – PREZİDENT- YENİLƏNİB

Read Next

YUNESKO-nun baş direktoru postuna seçkilər: İlk turu nəticə vermədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir