Astanada keçirilən festivalda Azərbaycan guşəsi də nümayiş etdirildi

Astanada Qazaxıstanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində “Dilimiz bir, diləyimiz bir” adlı mədəniyyət festivalı keçirilib.

Etikxeber.az xəbər verir ki, paytaxtın 48 saylı litseyində keçirilən festivalda Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə yaradılan guşədə xalqımızın mədəniyyəti, milli mətbəxi nümayiş etdirilib. Xalçalarımız, milli mətbəximiz haqqında məlumatlar toplusu və nəşrlər xüsusi maraq doğurub.

Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Hindistan, İndoneziya, Böyük Britaniya, Pakistan, Çin, Almaniya Türkiyə, Rusiya və Gürcüstanı təmsil edən şagirdlər milli musiqi və rəqsləri nümayiş etdiriblər. Azərbaycanın milli mətbəxi və musiqisi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Etikxeber.az

Read Previous

ABŞ-da 5 nəfəri qətlə yetirən qatilin kimliyi məlum oldu

Read Next

Dəyərləndirmə Missiyasının üzvləri Milli Məclisdə də oldular

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir