“Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan İrana kredit ayıracaq” – Cavid Qurbanov

Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan İrana kredit ayıracaq.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov “Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” biznes forumunda çıxışında deyib.

Belə ki, C.Qurbanovun sözlərinə görə, hal-hazırda kreditin verilişi barədə danışıqlar aparılır.  O bildirib ki, “Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq.

İran dəmir yollarının vitse-prezidenti Hüseyn Aşuri isə Astara çayı üzərində körpü tikintisinin artıq başa çatdığını, İran tərəfdə hal-hazırda işlərin getdiyini bildirib: “İran tərəfdə də işlər bu ilin sonu yekunlaşacaq”.

Etikxeber.az

Read Previous

“Avis”-in rəhbəri məhkəmə zalından azadlığa buraxıldı

Read Next

Fazil Məmmədov Vidadi Zeynalov və digərlərinə qarşı 255 min manatlıq mülki iddia qaldırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir