Astarada yol tikintisinə 3,4 milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 27-də “Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Etikxeber.az

Read Previous

Bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti dəyişdirildi

Read Next

Bakı-Sumqayıt yolundakı məhdudiyyət aradan qaldırılacaq – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir