Aşura günü hava necə olacaq?

Azərbaycanda oktyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-22° isti təşkil edəcək.

Oktyabrın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 6-11° isti, gündüz 20-25° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək. Gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti təşkil

Oktyabrın 12-13-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı, çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Etikxeber.az

Read Previous

Milli Qəhrəman adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdü artırıldı

Read Next

Prezidentin fərdi təqaüdünün məbləği artırıldı – 1300 manat

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir