Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

Bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

Etikxeber.az xəbər verir ki, aksiyaQafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

“Təzəpir” məscidində keçirilən aksiyanı izləyən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, artıq indiyə qədər ölkə üzrə 400-ə yaxın şəxs qan verib.

Aksiya ölkə üzrə 15 məsciddə keçirilir.

Qan vermək üçün müraciət edən şəxslərin xəstəliklərinin olub-olmadığı və qanda hemoqlobin səviyyəsi yoxlanılır.

Etikxeber.az

Read Previous

Zaqatalada “VAZ” ağaca çırpıldı- sürücü öldü

Read Next

Tanınmış futbolçunun məhkəməsi təxirə salındı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir