“Atəşin nə zaman, haradan, hansı çaplı silahdan açılacağını bilmirsən, evlərimiz səngərə çevrilib…”-VİLAYƏT QULİYEV

Koronavirusla üz-üzə. Sanki hamı müharubədə,həm də ön cəbhədədir. Atəşin nə zaman, haradan, hansı çaplı silahdan açılacağını bilmirsən. Evlərimiz səngərə çevrilib.

Etikxeber.az xəbər verir ki, bunu professor, səfir Vilayət Quliyev deyib.

“Əsl müharibədən fərqli olaraq adi səngərlər də var, VİP səngərlər də. Olsun! Hamı yaşamaq istəyir. Həyat yaşamaq uğrunda mübarizə aparmağı bacaranların nəsibidir”-deyən V. Quliyev eyni zamanda bildirib ki, kədərli gündür, koronavirus Budapeştdəki diplomatik korpusdan ilk qurbanını apardı.

“Böyük Britaniya səfirliyinin müşaviri (səfirin müavini) Steven Dick 37 yaşında COVİD-19 diaqnozu ilə həyatını itirdi. Adam diplomat kimi çalışdığı Əfqanıstanda, Suriyada ucuz ölümdən qurtarıb bir ay əvvələ qədər “dolçe vita”-nın məskəni sayılan Budapeştdə əcələ can verdi…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Minsk qrupu həmsədrlərinin davam edən səylərini tam dəstəkləyir” – ATƏT-İN BAŞ KATİBİ

Read Next

Koronavirusa yoluxanların sayı 414 mini-KEÇDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir