ATƏT PA-nın 28-ci illik sessiyası – DEPUTATLARIMIZ LÜKSEMBURQA YOLA DÜŞDÜ

Milli Məclis (MM) Sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Tahir Mirkişili, Kamran Nəbizadə, Ülviyyə Ağayeva və Elşad Həsənov ATƏT Parlament Assambleyasının 28-ci illik sessiyasında iştirak etmək üçün iyulun 3-dən 9-dək Lüksemburqda səfərdə olacaqlar. 

Etikxeber.az-ın xəbərinə görə, “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə dayanıqlı inkişafa dəstək: parlamentlərin rolu” mövzusuna həsr olunan sessiyada öncə Daimi komitə toplaşacaq, sonra plenar iclas başlanacaq.

İyulun 4-də İpək Yoluna Dəstək Qrupunun iclası olacaq. İclasda qurumun fəaliyyətinə dair hesabat dinləniləcək.
Sessiya çərçivəsində ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi komitələrinin iclasları keçiriləcək, bir sıra qətnamə layihələri müzakirə olunacaq.

İllik sessiyada ATƏT regionunda enerji təhlükəsizliyi, həmçinin bu bölgədə korrupsiyanın aradan qaldırılmasında milli parlamentlərin rolu mövzuları gündəmdə olacaq. ATƏT-in məramlarının reallaşdırılmasında vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının roluna nəzər salınacaq.

baharrrr-atettttttt

Plenar iclasda “İnsan alverinin qarşısının alınması məqsədilə məktəblilər arasında izahat işlərinin aparılması” zərurətindən söhbət açılacaq.

Dayanıqlı inkişaf naminə elm, texnika və innovasiya sahəsində strateji proqnozlaşdırmaya diqqət yetiriləcək.

Rəqəmsal texnologiya gender siyasəti kontekstində müsbət element kimi araşdırılacaq.

Miqrasiya proseslərinin səmərəli tənzimlənməsinə dair fikir mübadiləsi aparılacaq. İqlim dəyişikliyi ilə əlaqədar yaranmış vəziyyət müzakirə olunacaq.

ATƏT PA-nın 28-ci illik sessiyasında təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək. Döyüşçü-terrorçuların qayıdışı və yerləşdirilməsindən doğan çağırışlara nəzər salınacaq. Ksenofobiya, aqressiv millətçilik və dözümsüzlüklə mübarizənin gücləndirilməsi vacibliyi önə çəkiləcək.

Krım Muxtar Vilayətində və Sevastopol şəhərində militarizasiya, Abxaziya və Cənubi Osetiyada təhlükəsizlik və insan hüquqları sahəsində vəziyyət müzakirə ediləcək.

Bahar Muradova və nümayəndə heyətinin üzvləri qurumun bütün iclaslarında fəal iştirak edəcək, Ümumi komitələrdə müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.

Azərbaycan parlamentinin nümayəndə heyəti iyulun 9-da vətənə qayıdacaq.

Etikxeber.az

Read Previous

Ali təhsillə bağlı qanun layihəsinin hazırlanmasına qərar verildi – BU GÜN – YENİLƏNİB

Read Next

Kovaçiç “Çelsi”də…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir