Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Lüksemburqda Avropa Yığıncaqlar Mərkəzinin (European Convention Center) binasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işə başlayır.
Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrinin 300-ə yaxın parlamentarisi iştirak edir.
Etikxeber.az xəbər verir ki, sessiyada Milli Məclis (MM) sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edir.
Budəfəki illik sessiya “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilib.
İllik sessiya ATƏT Parlament Assambleyasının ən böyük tədbiridir.
Gözlənildiyinə görə, builki sessiya Lüksemburq Bəyannaməsinin qəbul edilməsi ilə başa çatacaq.
Bu siyasi sənəddə milli hökumətlərə, parlamentlərə və beynəlxalq birliyə siyasət, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit və insan haqları sahəsində tövsiyələr əks olunacaq.
***
ATƏT PA-ın katibi seçilib.
İllik sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında Roberto Montella yenidən baş katib postuna seçilib.
R. Montellanın yeni 5 illik mandatı 2021-ci ilin yanvarında başlayacaq.
Qeyd edək ki, Roberto Montella 2016-cı ilin yanvarından bu vəzifədədir.
Etikxeber.az