Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
121 saylı Laçın seçki dairəsindən namizədliyim qeydə alındı.
Etikxeber.az xəbər verir ki, bunu ikinci dəfə adıçəkilən dairədən seçkilərə qatılan millət vəkili Mahir Abbaszadə deyib.
“Dövlətimiz, millətimiz, xalqımız üçün xeyirli-uğurlu olsun”-deyə, o, əlavə edib.
Qeyd edək ki, 2015-ci ildə, 5-ci çağırış seçkilərdə millət vəkili seçilən M. Abbaszadə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən yenidən adıçəkilən seçki dairəsindən namizəd irəli sürülüb və qeydə alınıb.
Eyni zamanda, bitərəf millət vəkillərindən Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin sədr müvaini və sözügedən qurumun vitse-prezidenti, İpək Yoluna Dəstək Qrupunun sədri, Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının koordinatoru, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin namizədliyi qeydə alınıb.
Xatırladaq ki, A. Quliyev indiyə qədər 3 dəfə (2005, 2o10 və 2015-cu illərdə) millət vəkili seçilib və 4-cü dəfə seçkilərə qatılıb.
O, bu dəfə də təmsilçisi olduğu dairədən- 8 saylı Binəqədi birinci seçki dairəsindən seçkilərə qatılıb.
YAP isə həmin dairədən Əliyarlı Kubra Məhəmməd qızının namizədliyini irəli sürüb.
A. Quliyevin Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Parlamentin ən fəal və aktiv üzvlərindəndir.
Etikxeber.az