ATƏT rusiyalı səfirin qətlini pisləyən bəyannamə qəbul edib

ATƏT-ə üzv olan ölkələr bu gün Rusiyanın təşəbbüsü ilə keçirilən xüsusi sessiyada səfir Andrey Karlovun qətlini pisləyən bəyannamə qəbul ediblər.

Etikxeber.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç məlumat verib.

Bəyannamədə Ankarada törədilmiş bu terror aktı qətiyyətlə pislənilir, qətlə yetirilmiş səfirin doğmalarına və yaxınlarına başsağlığı verilir, Rusiya xalqı və hökuməti ilə həmrəylik ifadə edilir.

Etikxeber.az

Read Previous

Millimizin Rusiyada keçiriləcək turnirdəki oyunlarının vaxtı açıqlandı

Read Next

Klinton Trampdan 3 milyon çox səs toplayıbmış…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir