Atəşkəs rejimi 11 dəfə pozulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 11 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Etikxeber.az

Read Previous

SADIQLİK – Deputatın yazısı

Read Next

Toy karvanının qəzaya uğraması 45 nəfərin ölümünə səbəb oldu – DƏHŞƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir