“ATƏT-dən gözləyirik ki…” – BAHAR MURADOVA

“Azərbaycanla ATƏT-in uzun illərə söykənən münasibətləri var. Biz bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsində maraqlıyıq”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında  Milli Məclisin (MM) vitse-spikeri Bahar Muradova deyib.

B. Muradova qeyd edib ki, Azərbaycan ATƏT dəyərlərinə böyük önəm verən ölkələrdəndir: “Təbii ki, biz ATƏT-dən, onun Parlament Assambleyasından bir təşkilat olaraq ATƏT-in mandatına daxil olan məsələlərin həllində iştirakı ilə yanaşı üzləşdiyimiz əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik. Təsadüfi deyil ki, ATƏT PA-nın hər sessiyasında bu məsələ müzakirə predmeti olur. Nümayəndə heyəti artıq məhdud sayda Makedoniyadakı sessiyada iştirak etmək üçün yola düşüb, orada bu məsələ müzakirə mövzusu olacaq”.

Vitse-spiker bildirib ki, aprel hadisələrindən sonra danışıqlarda müəyyən irəliləyişin olacağına inam qısa müddətdə formalaşsa da, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi iştirakçıların diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi üçün parlamentarilərə müraciət ediləcək.

Etikxeber.az

Read Previous

V Bakı Beynəlxalq Humanitar Forumu işə başladı

Read Next

“Bunu mədəniyyətlər və dinlərarası dialoqa vurulan ciddi zərbə kimi qiymətləndiririk” -QMİ sədri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir