“Atambayev çevriliş etmək istəyirdi” – QIRĞIZISTAN TƏHLÜKƏSİZLİK KOMİTƏSİ

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət çevrilişi həyata keçirməyi planlaşdırmaqda ittiham olunur.

Etikxeber.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Orozbek Omupayev mətbuat konfransında deyib.

“Atambayev ölkədə çevriliş etməyi planlaşdırırdı”– deyə, Opumbayev bildirib.

Onun sözlərinə görə, keçmiş prezident hakimiyyəti devirmək cəhdlərində mülki vətəndaşların itkisi barədə mediada yayılan məlumatlardan faydalanmaq üçün xüsusi əməliyyat zamanı qadın və uşaqlardan insan sipəri kimi istifadə edib.
eks-1

Qırğızıstan Baş Prokurorluğun İstintaq fəaliyyəti və istintaq idarəsinin şöbə müdiri Zamir Beyşekev isə sabiq prezidentin qətl və digər ağır cinayətlərdə ittiham olunduğunu deyib.

“Atambayevə iğtişaşların təşkili, qətl, adam öldürməyə cəhd, girov götürülməsi və dövlət məmuruna qarşı zor tətbiq edilməsi kimi bir sıra xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunur” – deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Zakir Həsənov cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında – FOTOLAR

Read Next

“Paşinyanın Los-Ancelesdə çıxışı zamanı Tehrandakı təxribatın təkrarlanması ehtimalı var” – Politoloq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir