Atanın qızını zəncirləməsi faktı ilə bağlı cinayət işi başlanıb – DİN

İmişl rayonunda atanın qızını zəncirləyərək evdə saxlaması faktı ilə bağlı cinayət işi başlanıb.

Etikxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu hadisə yerində olub, hadisə yeri müayinə olunub və müvafiq ekspertizalar təyin edilib. Hadisədə adı hallanan Cavadxanlı kənd sakini Valeh Məmmədovun və digər kənd sakinlərinin izahatları alınıb.

Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, faktla bağlı “Xəzər” televiziyasında yayımlanan ”Bizə danış” proqramında məlumat verilib. Proqramda İmişli rayonunun Cavadxanlı kənd sakini Valeh Məmmədovun qızlarını 8 il tövlədə zəncirləyərək saxlaması barədə süjet yayımlanıb. Bildirilib ki, qızlardan biri soyuqdan vəfat edib, digərinin isə ayaqları tutulub.

Etikxeber.az

 

 

Read Previous

Xəzər sahilində ekoloji tarazlığı pozan obyektlərin adları açıqlandı – SİYAHI

Read Next

Masazırda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən 4 nömrəli məktəbin açılışı oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir