Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Mahir oğlu Yusifovun doğum günüdür.
Elməddin Yusifovun bu gün 29 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Elməddin Yusifov 1995-ci ilin aprelin 28-də Bərdənin Mirzalıbəyli kəndində sadə bir ailədə anadan olub.
Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.
Tək bacıları hazırda ailəlidir.
Ataları Birinci Qarabağ Savaşının iştirakçılarından olub.
Elməddin İkinci Vətən Müharibəsindən 6 gün öncə, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub.
Sentyabrın 27-dən də Şəhidliyinə kimi qanlı döyüşlərdə olub, Suqovuşanda, Talışda, Murovdağda döyüşüb.
Oktyabrın 30-da isə Murovdağda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi iki gün sonra, noyabrın 2-də, günorta saatlarında ailəsinə təhvil verilib və elə həmin gün Mirzalıbəyli kənd qəbiristanlığında, Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qardaşı, 1999-cu il təvəllüdlü Məhəbbət Yusifov da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
Məhəbbət Elməddindən 8 gün sonra, 29 sentyabr tarixində səfərbərliyə cəlib olunub və oktyabrın 7-dən qardaşının Şəhidliyinə, dəfninə, 2 noyabr tarixinə kimi döyüşlərdə iştirak edib.
Hər iki qardaş həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 29 yaşı mübarək olsun!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU