Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İxtiyar İlqar oğlu Əliyevin bu gün Anım Günüdür.
İxtiyar Əliyevin bu gün Əbədiyyətə uğurlanmasının ikinci ilidir.
Etikxeber.az xəbər verir ki, İxtiyar Əliyev 1994-cü ilin iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində sadə bir ailədə-Əliyevlər ailəsində dünyaya gəlib.
Ailədə 3 uşaq, 3 qardaş olublar.
İxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və həyatını da Ordu, hərb ilə bağlayıb.
Aprel döyüşlərinin iştirakçılarından olub.
Eyni zamanda, Azərbaycan Orsusunun Giziri olaraq, İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə qatılıb.
Tərtər-Ağdərədən, Suqovuşandan Murov yüksəkliyinə qədər döyüş yolu keçib.
Oktyabrın 3-də ağır döyüşlərin birində yaralanan İxtiyar Əliyev xəstəxanada həkimlərə 1 gün belə qala bilməyəcəyini deyərək yenidən döyüşə yollanıb.
Atası İlqar Əliyev oğlu ilə sonuncu dəfə 2020-ci ilin 4 oktyabrında görüşüb.
Döyüş yolu 10 gün çəkən İxtiyar Əliyev 2020-ci ilin oktyabr ayının 6-da Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdən birində birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Lakin onun nəşini uzun müddət əldə etmək mümükün olmayıb.
Nəşi yalınız bir il bir həftədən sonra, 2021-ci ilin oktyabrın 13-də tapılaraq, ailəsinə təhvil verilib və bir gün sonra, 14 oktyabr 2021-cil tarixində Goranlı kənd qəbiristanlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb.
İxtiyar Şəhidliyindən əvvəl 7 medalla təltif olunub.
Şəhidliyindən sonra isə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin digər qardaşı-Qazi Bəxtiyar İlqaroğlu Əliyev isə sağ ayağından amputasiya olunub.
Atası İlqar Əliyev də müharibə iştirakçısı olub, Birinci Qarabağ Savaşının veteranıdır.
O, həm də Goranlı kəndinin yeganə Şəhididir.
İxtiyar eyni zamanda, ailəli olub, xalası qızı ilə ailə həyatı qurub.
Goranlı kəndindəki küçələrdən biri Onun adını daşıyır.
***
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin öncə abidə kompleksi ziyarət olunub.
Qısa çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Sonra Şəhidin məzarı ziyarət edilib.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.
Məzarını ziyarətdə Şəhidin valideynləri, yaxınları, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, Goranboy rayon İcra Hakimiyyətinin məsul nümayəndələri və digər şəxslər iştirak ediblər.
Ziyarətdən sonra Şəhidin ata ocağında Anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar edilib, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!









***







***





***











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





