Quba rayonunun 2022-ci il sentyabr Şəhidlərindən olan Ümid İlqar oğlu Həsənovun Cənnətdəki ilk doğum günü, 22 yaşının tamam olması ilə bağlı 14 iyul 2023-cü il tarixində məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub.
Etikxeber.az xəbər veir ki, Şəhidin məzarı ziyarət edildikdən sonra Quba şəhərində yerləşən “Qızılqaya” restoranında Cənnətdəki ilk doğum günü ilə bağlı mərasim düzənlənib, bir ruhuna dualar oxunub.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Çıxışlar edilib, Şəhidin qısa, lakin şərəfli həyat və hərb yolundan, İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Ailəsinə-anası Məxfurə xanıma Allahdan səbr və dözüm arzulanıb, Şəhidin Cənnətdəki ilk doğum günü təbrik olunub.
Mərasim zamanı Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər, mahnılar ifa edilib

O cümlədən Sumqayıtlı Şəhid Səbuhi Həsənquliyevin anası, şairə, yüzlərlə Şəhidə şeir həsr edən Maisə xanım Şəhid Ümid Həsənovla bağlı yazdığı şeirini göz yaşları içində səsləndirib.

Eyni zamanda, Şəhidin anasına “Odlar yurdu” qrupu tərəfindən “Xarıbülbül” simvolu, Şəhid anası Mehriban Abdurəhmanovanın rəhbərlik etdiyi İctimai Birlik tərəfindən “Qəhrəman ana” diplomu təqdim olunub.
Mərasimdə həmçinin, Şəhidin adına hazırlanmış tort kəsilib.
Mərasimdə zaman-zaman duyğulu, kövrək anlar da yaşanıb.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı mərasimdə Ümid Həsənovun ailə üzvləri, Qubadan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, yerli ziyalılar, Quba rayon İcra Hakimiyyətinin rəhbər-məsul şəxsləri və digərləri iştirak ediblər.
Qeyd edək ki, Ümid Həsənov 2001-ci ilin 14 iyul tarixində Qubanın İnsovqışlaq kəndində sadə, kasıb bir ailədə dünyaya gəlib.
Ailədə 4 uşaq-2 qardaş-2 bacı olublar.
İllər öncə qardaşını və atasını itirib.
Hər iki bacısı ailəlidir, eyni zamanda, bacısının biri həyat yoldaşını itirib.
Həqiqi hərbi xidmətini başa vurduqdan, Əsgərlikdən sonra həyatını yenidən Ordu, hərb ilə bağlayan Ümid Həsənov 2022-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatı nəticəsində baş vermiş qanlı toqquşmalar zamanı Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, 14 sentyabr tarixində İnsovqışlaq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
O, həm də subay olub.
Qarşıdan, sentyabr ayının 14-də isə ilk ildönümü, Anım Günü gəlir.
Məkanı cənnətlik, Cənnətdəki ilk ad günü mübarək olsun!
Nur içində yatsın!
13:29
***
FOTOLAR:













20:00
***









21:00
***


























22:00
***


















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az