“Anarın adına layiq olmağa çalışacağıq…”-Atası və dayısı Şəhid olan-ANARA ANAR QIZI NAĞIYEVANIN AD GÜNÜ İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Anara Anar qızı Nağıyeva…

Bir yaşı tamam olan balaca qızcığaz…

Bir yaşını başa vurub, iki yaşına qədəm basan Şəhid balası…

Atasının üzünü, ata nəvazişini görməyən Şəhid qızı…

Atasının Şəhidliyindən düz iki ay 17 gün sonra, 2021-ci ilin yanvarın 25-də dünyaya göz açan və dünyadan, olanlardan, baş verənlərdən bixəbər məsum körpə…

Bu gün balaca Anaranın, Şəhid balasının, Şəhid qızının 1 yaşının tamam olması ilə bağlı Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” şadlıq sarayında məclis düzənlənib…

Məclidə balaca Anaranın anası, Şəhid xanımı Gülnar xanım, Anaranın yaxınları, doğmaları, Şəhid ailələri, “Vətən naminə” Şəhid Ailələlərinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü Rafiq Xəlil və digər şəxslər iştirak edirlər…

Onlar hələ də dünyadan, olanlardan-keçənlərdən bixəbər olan balaca Anaranı, Şəhid balasının əziz gününə toplaşıblar…

Atası Anar isə cismən qızının ad günü məclisinə gələ bilməsə də, ruhən onunladır, balaca Anarasına xoşbəxtlik, səadət, uzun ömür, can sağlığı arzulayır…

Ad günün mübarək-Şəhid balası!

Sağlıqlı yüz yaş yaşayasan və atanın adına layiq olasan-balaca Anara!

***

Qeyd edək ki, Şəhid Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub.

1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb.

O, 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu-MAXE olub.

Azərbaycan Ordusunun Giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanin işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Vətən Müharibəsində, döyüşlərdə iştirak edib, ən ön sıralarda olub.

Uzun və şərəfli döyüş yolu keçən Anar Nağıyev İkinci Vətən Müharibəsi zamanı bir çox qəhrəmanlıqlara imza atıb…

…Və noyabrın 8-də, Şuşa işğaldan azad olunan Şuşada qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə yüksəlib. 

Nəşi Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.

Şəhidliyindən sonra “Qarabağ” ordeni, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” “Vətən uğrunda” medalları ilə təltif olunub.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Ruhu balaca Anarasına kömək olsun!

Torpağı sanı yaşasın!

Onu da qeyd edək ki, Şəhidin həyat yoldaşının əmisi oğlu Ayaz Nəzərov isə bir müddət öncə, bu ilin yanvar ayının 11-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Allah əzizlərinə, doğmalarına, Nəzərovlar ailəsinə səbr versin!

17:20

***

FOTOLAR:

17:35

***

BALACA ANARA…VƏ DOĞMALARI…

ŞƏHİD AİLƏLƏRİ…ŞƏHİD ANASI, ŞƏHİD QARDAŞI, ŞƏHİD XANIMI…

17:53

***

18:45

***

ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLMƏSİ VƏ DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ…

ÇIXIŞLAR…NƏNƏ-BABA XEYİR-DUASI…

19:10

***

Şəhid Anası…Şəhid xanım…Şəhid Ayaz Nəzərovun anası və Şəhid Anar Nağıyevin xanımı…

ŞƏHİD XANIMI: KAŞ ANAR ÖZÜ DƏ BURADA OLAYDI…KAŞ O DA QIZINI TƏBRİK EDƏYDİ…BURADA OLMASA DA, ONA LAYİQ OLMAĞA ÇALIŞACAĞIQ…

DAİM ŞƏHİD AİLƏLƏRİNİN YANINDA OLAN “VƏTƏN NAMİNƏ” İCTİMAİ BİRLİYİNİN ŞƏHİD AİLƏSİ, ŞƏHİD XANIMI VƏ ŞƏHİD BALASINA HƏDİYYƏSİ…

19:40

***

DƏRD VƏ QÜRUR ORTAQLARI…

DAİM ÜZÜN GÜLSÜN-ŞƏHİD BALASI!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, “buster” doza ilə peyvəndləməyə çağırırıq”-3 QURUMUN BİRGƏ ÇAĞIRIŞI

Read Next

Bir övladı Vətənə əmanət qalan-ŞƏHİD XALİD HASSANIN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: ONUN 27 YAŞI TAMAM OLUR… -FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir