“Atasını erkən yaşlarında itirib, elmi işçi olan anasının fədakarlığı sayəsində…” – RƏŞAD MƏCİD YENİ PA RƏHBƏRİNDƏN DANIŞDI

Samir Nuriyevi 2006-cı ildən tanıyıram. Eyni heyətin tərkibində Cənubi Koreyada səfərdə olmuşduq. Onda İqtisadi İnkişaf Nazirliyində çalışırdı.

Etikxeber.az xəbər verir ki, bunu “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.

O, qeyd edib ki, Prezident Administrasiyasının (PA) rəhbəri atasını erkən yaşlarında itirib, elmi işçi olan anasının fədakarlığı sayəsində yaxşı təhsil alıb.

resad mecid

“Karyera pillələrində özünün qabiliyyət, intellekt, işgüzarlıq kimi üstün və önəmli keyfiyyətləri hesabına yüksəlib. Savadlı, kreativ, yeni düşüncəyə malik kadrdır. Cənab Prezidentin obyektiv, ədalətli və dəqiq seçimidir.

Dövlətin gücü, ədaləti həm də sadə bir ailədən çıxmış bacarıqlı gəncin siyasət olimpinə yüksələ bilməsi imkanı ilə ölçülür.

Dövlətimiz üçün uğurlu təyinat olacağına inanırıq!..”-deyə, R. Məcid əlavə edib.

Etikxeber.az

Read Previous

“Elnur Rzayevi yaxşı tanıyıram, yaxın dostumdur…” – MİLLƏT VƏKİLİ SON TƏYİNATLAR BARƏDƏ

Read Next

“Məktəb seminarları”na start verildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir