Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Elşad Qabil oğlu Həsənov…
Sonuncu üç Şəhidimizdən, 11 aprel 2023-ci il tarixində-Laçın istiqamətində Ermənistanın növbəti təxribatı zamanı baş vermiş qanlı döyüşlərdə Şəhidlik məqamına ucalan üç Vətən sevdalımızdan biri…
Elşad Həsənov əslən Gədəbəy rayonunun Şınıx mahalı Qaravəllər kəndindən olsa da, Ağstafa rayonunun Xətai kəndində yaşayıb, orada böyüyüb boya-başa çatıb…
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olan Elşad 1994-cü ilin aprel ayının 28-də dünyaya gəlib…
Atası Qabil kişini 3 il öncə, 2020-ci ilin oktyabrında itirib…
Ağstafa rayon Qaçaq Kərəm kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətdə olub və Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunda fəaliyyət göstərib, Gizir rütbəsini daşıyıb…
İyul-Tovuz döyüşlərinin və tarixi 44 günlük İkinci Vətən Müharibəsinin iştirakçılarından olub…
Kəlbəcər-Murovdağ, Cəbrayıl, Füzuli, Laçın istqamətlərində döyüşüb, vuruşub…
İkinci Vətən Müharibəsindən sonra Ali Baş Komandan tərəfindən medallarla təltif olunub…
6 ay öncə Tovuz rayonunun Böyük Qışlaq kəndindən olan Səbinə adlı xanımla ailə həyatı qurub…
Ata olacaqdı, ata olmağa hazırlaşırdı…
Və apelin 11-də, 29 yaşının tamamına 17 gün qalmış Şəhidlik məqamına ucalıb…
Nəşi dünən-12 aprel tarixində Ağstafa rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Məkanı cənnətlik, məqamı Ucalardan Uca olsun!
Allah ailəsinə-anası Məlahət xanıma, tək bacısı və həyat yoldaşına səbr versin!
Nur içində yatsın!





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





