“Atasının qırxının səhərisi gün, oktyabrın 19-da Şəhid oldu…”-BAKILI, YASAMALLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY, İKİ MEDALLI İSA MƏHƏRRƏMOVUN ANASI KƏMALƏ MƏHƏRRƏMOVA – FOTOLAR

İsa Məhərrəm oğlu Məhərrəmov…

Bakılı, Yasamallı…

Cəmi 21 yaşlı İkinci Vətən Müharibəsi Şəhidi…

Vətən sevdalısı Azərbaycan övladı…

***

İsa Məhərrəm oğlu Məhərrəmov 1999-cu ilin 15 fevral tarixində Bakı şəhərinin Yasamal rayonunda-sadə bir ailədə dünyaya göz açıb…

Ailənin iki oğlan övladından biri olub…

Ondan üç yaş böyük olan qardaşı İsmayıl hazırda ailəlidir…

İsa 2005-2016-cı illərdə Bakı şəhərinin Yasamal rayonunda yerləşən 52 saylı tam orta məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən sonra Bakı Kooperasiya və Biznes Kollecinə daxil olub…

Sonra təhsilini yarımçıq qoyub, 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb…

Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən “N” saylı hərbi hissədə qulluq edib…

Azərbaycan Ordusun Əsgəri kimi uğurlu Günnüt əməliyyatının iştirakçılarından olub…

2019-cu ildə Əsgərliyini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb…

Müxtəlif sahələrdə işləyib, çalışıb, ailəsinə dəstək olmağa çalışıb…

Hər kəsin də hörmətini, rəğbətini qazanıb…

Eyni zamanda, təhsilini davam etdirib, ancaq təhsilini başa çatdıra bilməyib…

2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub…

Sentyabrın 27-dən isə İkinci Vətən Müharibəsində, döyüşlərdə iştirak edib…

Şərəfli döyüş yolu 23 gün çəkib…

Cəmi 50 yaşında xəstəlikdən dünyasını dəyişən atasının qırx mərasimindən cəmi bir gün sonra, oktyabrın 19-da Qubadlı istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Elə axırıncı dəfə də atasının qırxı günü qardaşı və anası Kəmalə xanımla danışıb…

Nəşi iki gün sonra Əbədiyyətə uğurlanıb və hazırda İkinci Şəhidlər Xiyabanında uyuyur…

Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Ancaq anası Kəmalə xanım övladının həm “Qubadlının azad olunmasına görə” medalı, həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını, o cümlədən İsanın adının, xatirəsinin əbədiləşdirilməsini, Bakı küçələrindən birinə onun adının verilməsini istəyir…

21 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub…

O, eyni zamanda, 52 saylı məktəbin üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

***

15 iyun 2024-cü il tarixində-səhər saatlarında vətənpərvər ziyalılar-Fərid Nəsibzadə, Araz Məmmədov və Hüseyn Xudatovla birlikdə Şəhidimizin evini, ocağını, anası Kəmalə xanımı və cəmi 40 günün içində həm oğlunu, həm də nəvəsini itirmiş Maxanım nənəni, Maxanım Məhərrəmovanı ziyarət etdik…

Onlara Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin ruhu şad, məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Təxminən 40 dəqiqə çəkən ziyarətimiz zamanı həm Kəmalə xanımla, həm də Maxanım nənə ilə söhbətləşdik, dərdləşdik…

Maxanım nənənin dediklərindən:

“Mən özüm əslən Xızılıyam, 1942-ci il təvəllüdlüyəm…1960-cı ildə Bakıya gəlin gəlmişəm…Mən atamın üzünü görməmişəm…Atam Böyük Vətən Müharibəsində həlak olub, sadəcə, onunla bağlı evimizə “qara kağız” gəlib…Həyat yoldaşımı da çox cavan yaşlarında itirmişəm…Üç övladım vardı…2020-ci ildə, cəmi 40 günün içində həm 50 yaşlı oğlumu, həm də nəvəmi-İsamı itirdim (gözləri dolur)…Çox ağırdır, çox dözülməzdir…”

Allah həm İsa Məhərrəmovun, həm də atası Məhərrəm Məhərrəmovun məqamını Uca, dərgahını mübarək eysin!

İkisi də Nur içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ramiz müəllim başda olmaqla, Rusiyada yaşayan soydaşlarımızı, uğurlu diaspor təşkilatlarımızı Qurban bayramı münasibəti ilə təbrik edirəm, bu bayram hər birinə düşərli olsun!”-VƏTƏNPƏRVƏR MÜĞƏNNİ TƏRANƏ NURLU

Read Next

İkinci Vətən Müharibəsi Şəhidləri İsa Məhərrəmov, Kamran Kazımov, Elfaq Nağıyev və Əfqan Nəsirov- QURBAN BAYRAMI İLƏ ƏLAQƏDAR VƏTƏNSEVƏR ZİYALILARLA “KÖMƏK EDƏN ƏLLƏR” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ DAHA DÖRD ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir