Atatürkə və mənəvi qızına “dil” uzatdılar…və MƏHKƏMƏLİK OLDULAR – FOTO

Türkiyənin ana müxalifət partiyası CXP patiyanın və Türkiyənin qurucusu olan Mustafa Kamal və onun mənəvi qızı, ölkənin ilk qadın tarixçi-alimlərindən olan Afət İnana şər və böhtan atmaları səbəbi ilə 3 tarixçi-araşdırmaçı haqqında məhkəməyə şikayət edib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki,  hakim AKP-yə yaxınlığı ilə tanınan TVNet kanalında yayımlanan “Dərin Tarix” adlı proqramda çıxış edən 3 tarixçi-araşdırmaçı, xüsusilə, Süleyman Yaşılyurt Atatürk və onun mənəvi qızı A. İnan haqqında bir sıra təhqiramiz iddia və ittihamlarla çıxış edib.

O,  A. İnanın Atatürkün mənəvi qızı deyil, onun əslində  Qazi Mustafa Kamalla könül ilişgisi olduğunu iddia edib.

A. Yaşılyurt “Atatürk mənəvi qızı adlandırılan Afət İnanla yatdı və o, ölkənin qeyri-rəsmi ikinci “ledisi” idi…” -deyə, sözlərinə əlavə edib.

S. Yaşılyurtla birgə digər iki tarixçinin də  fikirləri Türkiyədə böyük etiraza, hiddətə səbəb olub.

CXP isə artıq sözügedən şəxslərlə bağlı məhkəməyə müraciət edib.

Etni zamanda, Ankara Cümhuriyyət Başsavçılığı da məlum qalmaqalla bağlı hərəkətə keçib, “Dərin Tarix” proqramı ilə bağlı istintaq araşdırmasına başlayıb.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasında ilk yarımfinalçı məlum olacaq – BU GÜN

Read Next

“Kılıcdaroğlunu kim gətirmişdisə…” – AKP-dən CXP liderinə sərt cavab

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir