Atatürk Olimpiya Stadionu 2020-ci ildə Çempionlar Liqasının final oyununu keçirməyə namizəddir…

İstanbuldakı Atatürk Olimpiya Stadionunun UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün namizədliyi irəli sürülüb.

Etikxeber.az UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ali futbol qurumu, həmçinin bu matç üçün Portuqaliyanın “Benfika” klubunun “Estadio da Luz” stadionunun da namizəd olduğunu bildirib.

Bundan başqa, UEFA Avropa Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün Polşanın “Arena Qdansk” və Portuqaliyanın “Estadio do Draqao” stadionlarının namizədliklərini irəli sürdüklərini də açıqlayıb.

Qadınlar arasında UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün isə Avstriyanın “Avstriya Arena”, Belçikanın “Stade Maurise Dufrasne” və Rusiyanın “Dinamo” stadionları namizəddir.

UEFA bununla bağlı qərarını 2018-ci ilin iyununda açıqlayacaq.

Xatırladaq ki, Atatürk Olimpiya Stadionu 2005-ci ilin mayında İngiltərənin “Liverpul” və İtaliyanın “Milan” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edib.

Etikxeber.az

Read Previous

“Üçtərəfli sammit-Zirvə görüşü çox böyük və tarixi əhəmiyyət daşıyan hadisədir” – DEPUTAT

Read Next

Qənirə Paşayeva Tahir Əkbərin sağlıq durumundan yazdı: “VƏZİYYƏTİ…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir