“Atılan addımlar çətin günlərini yaşayan turizmə də öz müsbət təsirini göstərəcək və…”-DEPUTAT

Azərbaycanda son illərdə turizm çox böyük inkişaf yolu keçib. Uzun illərdən sonra bu sahədə də böyük irəliləyişlər əmələ gəlib. Bunu son illərdə ölkəmizə axın edən turist sayından da açıq şəkildə görmək mümkündür. Eyni zamanda, əgər əvvəllər Azərbaycandan xaricə, xüsusilə, qardaş Türkiyə və qonşu Gürcüstana böyük turist axını var idisə, ancaq son bir neçə ildə bunun əksinin yaşandığına şahidlik etməkdəyik. Həm öz vətəndaşlarımız Azərbaycanda qalıb istirahət etməyə, daxili turizmdən yararlanmağa üstünlük verməkdə, həm də xarici ölkələrdən olan tirustlər cəzbedici ölkə kimi Azərbaycana axın etməkdə, ölkəmizə üz tutmaqdadırlar.

Ancaq çox təəssüflər olsun ki, son 4-5 ay ərzində dünyada və onun bir parçası olan ölkəmizdə yaşanan ağır pandemiya şəraiti bütün sahələrə mənfi təsirini göstərdiyi kimi, turzim sektoruna da öz mənfi təsirlərini göstərməkdədir. Burada məlum səbəblərdən bir geriləmə, durğunluq yaşanmaqdadır. Bununla belə hesab edirəm, Azərbaycan dövlətinin, xüsusilə, dövlət başçsının iradəli, qətiyyətli, cəsarətli addımları nəticəsində bu sekrorda da yaranmış cətin vəziyyət yaxın zamanlarda aradan qaldırılacaq. Eyni zamanda, əgər qoyulan şərtlərə və tələblərə nə qədər tez və vaxtında əməl etsək, həm koronavirus bəlasından xilas olacağıq, həm də dövlətin yükünü azaltmaqla, dövlətin inkişafına təkan verməklə, bütün sahələrdə, o cümlədən, turizm sahəsində yenidən canlanmaya nail ola biləcəyik.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov Azərbaycan Prezidenti İlham Əliyev və Ümumdünya Turizm Təşkilatının Baş katibi arasında keçirilən videokonfransa münasibətini bildirərkən deyib.

Qeyd edib ki, belə bir dönəmdə bu videokonfransın keçirilməsinin çox böyük əhəmiyyəti var.

Onun sözlərinə, bu, bir daha onun təsdiqidir ki, Azərbaycan dövləti, xüsusilə, dövlət başçısı ağır pandemiya şəraitinin aradan qaldırılması, Azərbaycanın iqtisadi inkişafının davamlılığının, dinamikliyinin təmin edilməsi, xüsusilə, ölkə vətəndaşlarının sağlamlığının, güzəranın yaxşılaşdırılması üçün lazım olan bütün addımları atır.

“Videokonfrans zamanı dövlət başçısının söylədiyi kimi, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Hətta, keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər etmişdi. Faiz nisbəti ilə desək, turist axını təqribən 15 faiz artıb. Ümumilikdə son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Həmçinin, ölkə Prezidentinin də qeyd etdiyi kim, biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə də bu sahədə işləyən insanlara maddi dəstək göstərilib, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Dövlət başçısı özü də çıxışnda bunu bir daha dilə gətirdi.

Lakin bununla yanaşı, postpandemiya dövründə turizmlə bağlı işi daha düzgün görmək üçün bizə müəyyən tövsiyələr lazımdır.Ölkə Prezidenti videokonfrans zamanı bu məqama toxunarkən bunları qeyd etdi: “Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik, lakin əlaqələrimizi də davam etdirəcəyik. Əminəm ki, imkan yaranan kimi sizi yenidən Azərbaycanda görəcəyik”.

Bəli, bütün bunlar bir daha onu göstərir və təsdiqləyir ki, Azərbaycan dövləti inkişaf və insanların sağlamlığının, rahatlığının təmin edilməsi istiqamətində bütün işləri görməyə çalışır, görür və bundan sonra da görəcək. Çünki inkişaf və insan amil Azərbaycan dövlətinin, dövlət başçısının həyata keçirdiyi siyasətin başlıca-ana xəttidir. Bu xətt Azərbaycanın bütün sahələrdə, o cümlədən, turizmdə böyük uğurunu təmin edib və bundan sonra da təmin edəcək”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in komitə sədri-MEDİA MƏNSUBLARINA SƏSLƏNDİ…

Read Next

“Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi…”-MƏZAHİR ƏFƏNDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir