Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarının dördüncü günündə – mayın 19-da Azərbaycan idmançıları bir qızıl medalla kifayətləniblər.
Etikxeber.az xəbər verir ki, İslamiadanın atletika və paraatletika yarışlarında növbəti – doqquzuncu qızıl medalı Yelena Çebanu qazanıb. O, qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında T12 kateqoriyasında finiş xəttini 24,69 saniyədə keçərək qızıl medala sahib olub.
İndoneziyalı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri bürünc medallara layiq görülüblər.
Azərbaycan idmançıları İslamiadanın atletika və paraatletika yarışlarında dörd gün ərzində 14 medal qazanıblar. Onlardan 9-u qızıl, 3-ü gümüş, 2-si bürünc medaldır.
İslamiadanın atletika yarışlarına mayın 20-də yekun vurulacaq.
Etikxeber.az