Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Nike” ticarət markası “Atletiko Madrid” komandasının 2018-2019-cu illər mövsümündə ehtiyat oyunlar üçün yeni formasını təqdim edib.
İstehsalçı şirkət bildirib ki, bu forma “klubun azarkeşləri ilə əlaqəsini və İspaniya paytaxtında yerləşdiyi məkanı əks etdirir”.
Etikxeber.az xəbər verir ki, göy rəngli formanın üzərində mavi rəngdə şaquli xətlər həkk edilib.
Xətlərin arasında Madridin ətraf rayonlarının rəsmi yer alıb. Sponsorların və klubun emblemləri monoxrom göy-narıncı variantda təsvir olunub.
Komandanın oyun formasının digər komplekti qırmızı corablardan və arxasında İspaniya bayrağı olan futbol köynəyindən ibarətdir.
Etikxeber.az