“Atletiko Madrid”in hücumçusu Torres klubdan ayrılır?!

İspaniyanın “Atletiko Madrid” klubunun hücumçusu Fernando Torres qış transferi çərçivəsində klubdan ayrılmaq istəyir.

Etikxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Çin və Amerikadan gələn transfer təkliflərini nəzərdən keçirir.

Torres 2015-ci ildən “Atletiko” klubunda çıxış edir və 2017/2018-ci il mövsümündə La Liqa, İspaniya kuboku və Çempionlar Liqasında, ümumilikdə 10 matçda iştirak etsə də, oyunu ilə yadda qala bilməyib.

Qeyd edək ki, “Atletiko Madrid” Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ” ilə birgə “C” qrupunda yer alıb.

Etikxeber.az

Read Previous

Prezident Xalq artisti Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim etdi – FOTO

Read Next

“Fransayla münasibətlərdə bütün sahələrə önəm veririk” – MEHRİBAN ƏLİYEVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir