ATMİA-dan “Könüllülük Proqramı”na-START – FOTOLAR

Ölkənin 800-ə yaxın şirkətini sıralarında birləşdirən  Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası gənclər üçün təcrübə və iş imkanları açır.

Bu barədə ATMİA-dan Etikxeber.az-a daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd olunur:

“Enerjilisiniz? Məntiqi və analitik düşünmə qabiliyyətiniz var? Ünsiyyət və təqdimat bacarığınız yetərincədir?

Yeni dostlar qazanmaq, peşəkar çevrədə inkişaf etmək ATMİA ilə asandır. Könüllülük Proqramı çərçivəsində gənclər yerli və qlobal layihələrdə, ticarət missiyaları, sərgi, konfrans və seminarların təşkilində peşəkarlarla birgə çalışacaq.

Bununla yanaşı ATMİA könüllüləri müxtəlif özünüinkişaf və biznes təlimlərindən də faydalanacaqlar.

Könüllü kimi 6 ay müddətində aktivlik göstərən gənclərin hər birinə Assosiasiya tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək. Həmin könüllülərin məlumatları habelə Assosiasiyanın İdarə Heyətinin tövsiyəsi əsasında üzv şirkətlərin kadr ehtiyat bazasına daxil ediləcək. Bu amil gələcəkdə çalışmaq istəyən gənclərin uyğun vakansiyalara dəvət olunması üçün qarantdır.

Bu şansı dəyərləndirmək üçün 18 yaşı tamam olan gənclər CV-lərini 20.06.2023-cü il tarixinədək  info@atmia.az (əlaqə nömrəsi: 050 265 36 34) elektron ünvanına “ATMİA könüllüsü” başlığı altında göndərə bilərlər. Müsahibə mərhələsində müvəffəqiyyət əldə edən şəxslər Könüllü Proqramında iştirakçılar sırasına qatılacaqlar.

Assosiasiya AR-nın “Könüllü fəaliyyət haqqında” Qanununa və “Dövlət Gənclər Siyasəti Haqqında” Qanuna əsasən, dövlət tərəfindən bu sahədə aparılan siyasətə dəstək olaraq, Könüllü Proqramının gələcəkdə də ardıcıl həyata keçirilməsini planlaşdırır.  

ATMİA könüllüsü ol, bizimlə yüksəl!

Gələcək ATMİA ilə inşa edilir!”

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun Ermənistan bölmələrini minaatanlardan atəşə tutması xəbəri yalandır-MN

Read Next

Daha 13 yeni yoluxma-DAHA 1 ÖLÜM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir