ATV və Lider TV-nin yayımının 1 saatlıq dayandırılmasına, “Space” ilə bağlı məhkəməyə müraciət olunmasına-QƏRAR VERİLDİ

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan Etikxeber.az-a verilən məlumata görə, iclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb. 

1 may 2020-ci il tarixdə “ATV” televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 9 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

3 may 2020-ci il tarixdə “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 7 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 11:00-dan saat 12:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 2 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsinin (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozulması faktı ilə əlaqədar kanalın cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

Etikxeber.az

Read Previous

“Yoluxma sayı, karantindən çıxma məsələsi bizdən asılıdır…”-ZAUR ƏLİYEV

Read Next

Milli Məclisin İntizam Komissiyasının geniş iclası-BAŞA ÇATIB – YENİ ƏSASNAMƏ HAZIRLANIR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir