Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva autizm xəstəliyi ilə Dövlət Proqramının qəbulunun tərəıfdarıdır.
Etikxeber.az xəbər verir ki, millət vəkili bu təkliflə üzvü olduğu parlamentin Səhiyyə komitəsinin sentyabrın 18-də keçirilən iclasında çıxış edib.
O, qeyd edib ki, dünyada olduğu kimi, Azərbaycanda da son illər autizm xəstəliyindən əziyyət çəkənlərin sayında artlm müşahidə olunur.
Bu baxımdan millət vəkili hesab edir ki, bu xəstəliyin daşıyıcıları ilə bağlı məsələyə daha ciddi diqqə ayrılmalıdır:
“Hesab edirəm ki, bu xəstəliklə bağlı ayrıca Dövlət Proqaramı qəbul iolunmalıdır. Buna ciddi ehtiyac var. Həmçinin, autizmli xəstələrlə bağlı bəzi psixoloji yardım mərkəzlərində qiymətlərin tənzimlənməsinə ehtiyac var. Çünki bir çox mərkəzlərdə elə qiymətlər qoyulur ki, insanlar üçün onu qarşılamaq çox çətin olur. İnsanların heç də hamısı bu vəsaiti ödəmək imkanlarına malik deyillər. Ona görə bu məsələdə də ciddi addımlar atılmalıdır”.
Millət vəkili eyni zamanda, dərman preparatlarının reklamı məsələsinə toxunub.
Qeyd edib ki, hələ də telekanallarda dərman preparatlarının geniş reklamı gedir:
“Hesab edirəm ki, bunların da qarşısı alınmalıdır. Hətta, lazım gələrsə, “Reklam haqqında” qanuna yenidən növbəti dəyişiklikləri nəzərdə tutan qanun layihəsi qəbul edilməlidir. Düzdür, mövcud qanunda bu məsələ var, amma o bir qədər də sərtləşdirilməlidir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az