Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün – sentyabrın 9-da Azərbaycan – Xorvatiya milliləri qarşılaşacaqlar.
Etikxeber.az-ın xəbərinə görə,“Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı 20:00-da start götürəcək.
Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Görüşünün əsas baş hakimi Sandro Scharer olacaq.
***
Hər iki millinin heyətləri açıqlanıb.
***
Qarşılaşmanın birinci hissəsi başlayıb.
Hesab hələlik açılmayıb-0:0.
***
Azərbaycan – Xorvatiya matçında ilk hissə yekunlaşıb.
Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma fasiləyə 0:1 hesabı ilə məğlub durumda yollanıb.
Yeganə qolu Luka Modriç penaltidən vurub.
***
Qarşılaşmanın ikinci hissəsi başayıb.
Qonaqlar 1:0 hesabı ilə önədirlər.
***
Oyunda hesab bərabərləşib.
Oyuna yeni daxil olan Təmkin Xəlilzadə qonaqların qapısından top keçirərək, hesabı 1:1 edib.
***
Qarşılaşmanın ikinci hissəsi də başa çatıb.
Oyun 1:1 hesabı ilə başa çatıb və Azərbaycan millisi ilk xalını qazanıb.
Etikxeber.az