AVRO-2020: Çexiya, Slovakiya və İngiltərə 1/8 finala vəsiqəni-RƏSMİLƏŞDİRƏ BİLƏCƏKMİ? – BU GÜN

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Etikxeber.az xəbər verir ki, bu gün, 18 iyun tarixində II tur çərçivəsində daha üç oyun keçiriləcək.

Öncə E qrupunda tura start veriləcək.

Qrupu sürpriz lideri Slovakiya İsveçlə üz-üzə gələcək. İlk matçında Polşaya qalib gələn slovakiyalılar qələbə qazansa, 1/8 finala yüksələcək.

Digər iki qarşılaşma D qrupunda təşkil olunacaq. İlk turda qalib gələn komandalar xala həsrət rəqiblərini sınağa çəkəcək.

Xorvatiya ilk xallarını Çexiya ilə görüşdə qazanmaq üçün mübarizə aparacaq. Balkanlılar məğlub olsa, bu nəticə çexiyalıları 1/8 finala daşıyacaq.

İngiltərə də növbəti üç xalla qrupdan çıxa bilər. Bunun üçün futbolun yaradıcıları Böyük Britaniya derbisində Şotlandiyanı yenməlidir.

Qeyd edək ki, tura iyunun 19-da yekun vurulacaq. Turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.

AVRO-2020
II tur, 18 iyun

E qrupu
17:00. İsveç – Slovakiya
Baş hakim:
 Daniel Zibert (Almaniya)
“Sankt-Peterburq” stadionu

1Slovakiya11002-13
2İsveç10100-01
3İspaniya10100-01
4Polşa10011-20

D qrupu
20:00. Xorvatiya – Çexiya
Baş hakim: 
Karlos del Serro Qrande (İspaniya)
Qlazqo. “Hampden Park” stadionu

23:00. İngiltərə – Şotlandiya
Baş hakim: 
Antonio Mateu Lahoz (İspaniya)
London. “Uembli” stadionu

1Çexiya11002-03
2İngiltərə11001-03
3Xorvatiya10010-10
4Şotlandiya10010-20

Etikxeber.az

Read Previous

Daha 48 yeni yoluxma-SON SUTKADA ÖLÜM QEYDƏ ALINMAYIB…

Read Next

“Şuşa bəyannaməsi region üçün yeni tarixi gerçəklik deməkdir…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir