“Avro-2020”-nin loqotipinin təqdimat mərasimi keçirilib

Belçikanın paytaxtı Brüsseldə bu şəhərin “Avro-2020”-nin ev sahibi şəhərlərindən biri kimi loqotipinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Etikxeber.az-a verilən məlumata görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva iştirak edib. Brüssel şəhərinin meriya binasında təşkil olunan tədbirə UEFA İcraiyyə Komitəsinin üzvü Michael van Praag da qatılıb.

Xatırladaq ki, sentyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak edib.

Etikxeber.az

Read Previous

Dekabrın 15-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Read Next

“Bavariya” Robert Levandovski ilə müqavilənin müddətini 2021-ci ilədək artırıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir