AVRO-2020-nin seçmə mərhələsi – TÜRKİYƏDƏN VACİB QƏLƏBƏ – NƏTİCƏLƏR

AVRO-2020-nin seçmə mərhələsi davam edir.

Etikxeber.az məlumat verir ki, VII turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.

Qonşu Türkiyə yığması Albaniyanı qəbul edib. Final mərhələsinə vəsiqəyə iddialı olan “ay-ulduzlular” qələbə qolunu son dəqiqələrdə vurublar. H qrupunun favoriti Fransa səfərdə İslandiyanı bir qolla məğlub edib.

Andorra isə Moldova ilə matçda ilk qələbəsinə sevinib.

 B qrupunda favoritlər qələbə qazanıblar. Ukrayna Litvanı, Portuqaliya Lüksemburqu yenərək final mərhələsinə bir addım da yaxınlaşıblar.

AVRO-2020-yə vəsiqəni indidən təmin etmək üçün qalib gəlməli olan İngiltərə Çexiyaya uduzub. Bu qrupun digər matçında Monteneqro Bolqarıstanla bərabərə qalıb.

Qeyd edək ki, seçmə mərhələnin VII oktyabrın 12-də başa çatacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VII tur
11 oktyabr

A qrupu
22:45. Monteneqro – Bolqarıstan – 0:0
22:45. Çexiya – İngiltərə – 2:1
Brabets, 9, Ondrasek, 85 – Keyn, 5 (pen.)

1 İngiltərə 5 4 0 1 20-6 12
2 Çexiya 6 4 0 2 11-9 12
3 Kosovo 5 2 2 1 10-10 8
4 Monteneqro 6 0 3 3 3-13 3
5 Bolqarıstan 6 0 3 3 5-11 3

Növbəti turun oyunları oktyabrın 14-də keçiriləcək: Kosovo – Monteneqro, Bolqarıstan – İngiltərə.

B qrupu
22:45. Ukrayna – Litva – 2:0
Malinovski, 29, 58
22:45. Portuqaliya – Lüksemburq – 3:0
B.Silva, 16, Ronaldo, 65, Qedeş, 89

1 Ukrayna 6 5 1 0 13-1 16
2 Portuqaliya 5 3 2 0 13-4 11
3 Serbiya 5 2 1 2 10-12 7
4 Lüksemburq 6 1 1 4 5-11 4
5 Litva 6 0 1 5 4-17 1

Növbəti turun oyunları oktyabrın 14-də keçiriləcək: Ukrayna – Portuqaliya, Litva – Serbiya.

H qrupu
22:45. Türkiyə – Albaniya – 1:0
Tosun, 90
22:45. İslandiya – Fransa – 0:1
Jiru, 66 (pen.)
22:45. Andorra – Moldova – 1:0
Vales, 63

1 Türkiyə 7 6 0 1 15-2 18
2 Fransa 7 6 0 1 20-4 18
3 İslandiya 7 4 0 3 10-10 12
4 Albaniya 7 3 0 4 10-10 9
5 Andorra 7 1 0 6 1-14 3
6 Moldova 7 1 0 6 2-18 3

Növbəti turun oyunları oktyabrın 14-də keçiriləcək: Moldova – Albaniya, İslandiya – Andorra, Fransa – Türkiyə.

Etikxeber.az

Read Previous

“Təhlükəsizlik olmadan sülh, sülh olmadan inkişaf olmaz” – ƏRDOĞAN

Read Next

Paşinyan cavab verməyə cəhd göstərdi-İLHAM ƏLİYEVDƏN SƏRT CAVABINI ALDI – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir