Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün AVRO-2020-nin seçmə mərhələsində VII tura start veriləcək.
Etikxeber.az məlumat verir ki, turun ilk oyun günündə 4 qrupda 10 oyun keçiriləcək.
C qrupunda Şimali İrlandiya və Hollandiya arasında matç böyük maraq kəsb edir. Autsayderlərin duelində Belarus Estoniyanı sınağa çəkəcək.
G qrupunun lideri Polşa Latviyada autsayderin qonağı olacaq. Final mərhələsi iddiasında olan digər 4 komandanın iştirakı ilə Şimali Makedoniya – Sloveniya və Avstriya – İsrail qarşılaşmaları keçiriləcək.
Final mərhələsinə ilk vəsiqənin sahibi San-Marinoda sahibini tapa bilər. Ardıcıl 7-ci qələbəsini meydan sahibləri üzərində qazanacaq Belçika bu vəzifənin öhdəsindən gəlmiş olacaq.
Rusiya da final mərhələsinə indidən çıxa bilər. Lakin təkcə Şotlandiya üzərində qələbə buna yetərli deyil. Qazaxıstanla Kipr arasında görüşdəki heç-heçə rusiyalıları qələbə ilə həlledici raunda daşıyacaq.
Qeyd edək ki, tur sabah davam etdiriləcək.
AVRO-2020-nin seçmə mərhələsi
VII tur
10 oktyabr
C qrupu
20:00. Belarus – Estoniya
22:45. Şimali İrlandiya – Hollandiya
1 | Almaniya | 5 | 4 | 0 | 1 | 17-6 | 12 |
2 | Ş.İrlandiya | 5 | 4 | 0 | 1 | 7-4 | 12 |
3 | Hollandiya | 4 | 3 | 0 | 1 | 14-5 | 9 |
4 | Belarus | 5 | 1 | 0 | 4 | 3-10 | 3 |
5 | Estoniya | 5 | 0 | 0 | 5 | 2-18 | 0 |
E qrupu
22:45. Slovakiya – Uels
22:45. Xorvatiya – Macarıstan
1 | Xorvatiya | 5 | 3 | 1 | 1 | 10-5 | 10 |
2 | Slovakiya | 5 | 3 | 0 | 2 | 9-7 | 9 |
3 | Macarıstan | 5 | 3 | 0 | 2 | 7-6 | 9 |
4 | Uels | 4 | 2 | 0 | 2 | 4-4 | 6 |
5 | Azərbaycan | 5 | 0 | 1 | 4 | 5-13 | 1 |
G qrupu
22:45. Latviya – Polşa
22:45. Şimali Makedoniya – Sloveniya
22:45. Avstriya – İsrail
1 | Polşa | 6 | 4 | 1 | 1 | 8-2 | 13 |
2 | Sloveniya | 6 | 3 | 2 | 1 | 12-5 | 11 |
3 | Avstriya | 6 | 3 | 1 | 2 | 13-6 | 10 |
4 | Ş.Makedoniya | 6 | 2 | 2 | 2 | 8-8 | 8 |
5 | İsrail | 6 | 2 | 2 | 2 | 11-11 | 8 |
6 | Latviya | 6 | 0 | 0 | 6 | 1-21 | 0 |
İ qrupu
18:00. Qazaxıstan – Kipr
22:45. Rusiya – Şotlandiya
22:45. Belçika – San-Marino
1 | Belçika | 6 | 6 | 0 | 0 | 19-1 | 18 |
2 | Rusiya | 6 | 5 | 0 | 1 | 18-4 | 15 |
3 | Qazaxıstan | 6 | 2 | 1 | 3 | 8-9 | 7 |
4 | Kipr | 6 | 2 | 1 | 3 | 11-6 | 7 |
5 | Şotlandiya | 6 | 2 | 0 | 4 | 5-13 | 6 |
6 | San-Marino | 6 | 0 | 0 | 6 | 0-28 | 0 |