AVRO-2020-nin seçmə mərhələsində VIII tura yekun vuruldu – İSPANİYA SEVİNCLİ – NƏTİCƏLƏR

AVRO-2020-nin seçmə mərhələsində VIII tura yekun vurulub.

Etikxeber.az məlumat verir ki, 4 qrupda 9 qarşılaşma keçirilib.

D qrupunda İsveçrə İrlandiyaya qalib gəlib. Nəticədə sonuncular final mərhələsinə vəsiqəni təmin etmək şansını qaçırıblar. İlk qollarına sevinən Cəbəllütariq Gürcüstanla matçda heç-heçəni sonda əldən verib.

 İspaniya isə AVRO-2020-yə vəsiqə qazanan 6-cı komanda olub. Pireneylilər İsveçdə qazandığı xalla buna nail olub. Onlar Belçika, İtaliya, Polşa, Rusiya və Ukraynaya qoşulublar. Norveç son dəqiqə qolu ilə Rumıniyanı 2-ci yerə yüksəlməkdən məhrum edib. İlk xallarını əldə edən Farer adaları Maltanı üstələyib.

G qrupunun yeganə matçında İsrail Latviyadan güclü olub. J qrupunun lideri İtaliya ardıcıl 8-ci qələbəsini qazanıb. Finlandiya isə Ermənistanı darmadağın edərək final mərhələsinə bir addım da yaxınlaşıb. Bosniya və Herseqovinanın Yunanıstanla görüşdəki məğlubiyyəti də şimallıların xeyrinə olub.

Qeyd edək ki, IX tur noyabrın 14-16-da keçiriləcək. Seçmə mərhələyə isə noyabrın 17-19-dakı qarşılaşmalarla yekun vurulacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
15 oktyabr

D qrupu
22:45. İsveçrə – İrlandiya – 2:0
Seferoviç, 16, Daffi, 90 (avtoqol)
22:45. Cəbəllütariq – Gürcüstan – 2:3
Kaskiaro, 62, Çipolina, 74 – Xaraişvili, 10, Kankava, 21, Kvilikaya, 84

1 İrlandiya 7 3 3 1 6-4 12
2 Danimarka 6 3 3 0 16-5 12
3 İsveçrə 6 3 2 1 12-5 11
4 Gürcüstan 7 2 2 3 7-10 8
5 Cəbəllütariq 6 0 0 6 2-19 0

Növbəti oyunlar noyabrın 15-də keçiriləcək: İsveçrə – Gürcüstan, Danimarka – Cəbəllütariq.

F qrupu
22:45. İsveç – İspaniya – 1:1
Berq, 51 – Rodriqo, 90
22:45. Rumıniya – Norveç – 1:1
Mitrita, 62 – Sorlot, 90
22:45. Farer adaları – Malta – 1:0
Baldvinsson, 71

1 İspaniya 8 6 2 0 19-5 20
2 İsveç 8 4 3 1 18-9 15
3 Rumıniya 8 4 2 2 17-8 14
4 Norveç 8 2 5 1 13-10 11
5 Malta 8 1 0 7 2-18 3
6 Farer a. 8 1 0 7 4-23 3

Növbəti oyunlar noyabrın 15-də keçiriləcək: Norveç – Farer adaları, İspaniya – Malta, Rumıniya – İsveç.

G qrupu
22:45. İsrail – Latviya – 3:1
Dabbur, 16, 42, Zahavi, 26 – Karnes, 40

1 Polşa 8 6 1 1 13-2 19
2 Avstriya 8 5 1 2 17-7 16
3 Sloveniya 8 3 2 3 13-8 11
4 Ş.Makedoniya 8 3 2 3 10-11 11
5 İsrail 8 3 2 3 15-15 11
6 Latviya 8 0 0 8 2-27 0

Növbəti oyunlar noyabrın 16-da keçiriləcək: Sloveniya – Latviya, İsrail – Polşa, Avstriya – Şimali Makedoniya.

J qrupu
20:00. Finlandiya – Ermənistan – 3:0
Yensen, 31, Pukki, 61, 88
22:45. Lixtenşteyn – İtaliya – 0:5
Bernardeski, 2, Belotti, 70, 90,  Romanyoli, 77, El Şaravi, 82
22:45. Yunanıstan – Bosniya və Herseqovina – 2:1
Pavlidis, 30, Kovaçeviç, 88 (avtoqol) – Qoyak, 35

1 İtaliya 8 8 0 0 25-3 24
2 Finlandiya 8 5 0 3 12-8 15
3 Bosniya H. 8 3 1 4 17-14 10
4 Ermənistan 8 3 1 4 13-15 10
5 Yunanıstan 8 2 2 4 9-13 8
6 Lixtenşteyn 8 0 2 6 2-25 2

Növbəti oyunlar noyabrın 15-də keçiriləcək: Finlandiya – Lixtenşteyn, Ermənistan – Yunanıstan, Bosniya və Herseqovina – İtaliya.

Etikxeber.az

Read Previous

“Dünya bir daha dərk etməlidir ki…” – TAHİR RZAYEV

Read Next

“Səni siyahıya aldılar və ya nəyi təklif edirik?” – EKSPERT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir