AVRO-2020: Türkiyə-İsveçrə – 1:3 – YENİLƏNİB – (8)

Bu gün AVRO-2020-nin qrup mərhələsində III tura start veriləcək.

Etikxeber.az məlumat verir ki, turun ilk günündə 2 oyun keçiriləcək.

A qrupunda baş tutacaq matçlar eyni vaxtda təşkil olunacaq. Bakı Olimpiya Stadionunda qardaş Türkiyə yığması ilə İsveçrə üz-üzə gələcək.

Keçirdiyi hər iki qarşılaşmada quru hesabla uduzan Şenol Günəşin yetirmələri qrup üçüncüsü olmaq üçün mütləq qalib gəlməlidir.

“Ay-ulduzlular” 3-cü yerlə 1/8 final şansının minimuma enməməsi üçün isə mümkün qədər böyük fərqə sevinməlidir.

Günün digər matçı qrup qalibini müəyyənləşdirəcək.

Qol buraxmadan qələbələri sıralayan İtaliya millisi Romada Uelslə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsi iyunun 23-də başa çatacaq.

AVRO-2020
Qrup mərhələsi
III tur, 20 iyun
A qrupu

20:00. İtaliya – Uels
Baş hakim: 
Ovidiu Hateqan (Rumıniya)
Roma. Olimpiya Stadionu

20:00. Türkiyə – İsveçrə
Baş hakim: 
Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu

1İtaliya22006-06
2Uels21103-14
3İsveçrə20111-41
4Türkiyə20020-50

08:18

***

İsveçrə və Türkiyə yığmaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək “Avro-2020”nin A qrupunun III tur matçı üçün start heyətləri açıqlanıb.

xəbər verir ki, Türkiyə millisinin start “11-də” meydana Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Ozan Tufan, Cengiz Ünder, Hakan Çalhanoğlu, 17. Burak Yılmaz, İrfan Can Kahveci, Kaan Ayhan və Mert Müldür çıxacaqlar.

İsveçrə seçməsinin start heyətində isə Yan Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Bril Embolo, Remo Froyler, Haris Seferoviç, Qranik Caka, Rikardo Rodriges, Stiven Tsuber və Cerdan Şakiri yer alıblar.

19:50

***

Qarşılaşma başlayıb.

Hesab hələlik açılmayıb.

20:02

***

Oyunda hesab açılıb.

6-cı dəqiqədə İsveçrə millisi 1:0 önə çıxıb.

20:07

***

İsveçrə millisi yenidən önə çıxıb.

Hesab 2:0 olub.

20:27

***

Birinci hissə 2:0 hesabı ilə İsveçrənin xeyrinə başa çatıb.

20:49

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab 2:0 İsveçrə millisinin xeyrinədir.

21:03

***

Oyunda hesab dəyilib.

Türkiyə millisi fərqi azaldıb:1-2.

21:20

***

Hesab yenidən dəyişib.

Şakiri oyunda ikinci qolunu vuraraq, İsverçrə millisini 3:1 önə çıxarıb.

21:25

***

Oyun başa çatıb.

Oyun 3:1 hesabı ilə İsveçrə millisinin xeyrinə bitib.

Etikxeber.az

Read Previous

56 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

Yay gəldi-AZƏRBAYCANA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir