AVRO-2020: VI tur və daha 10 qarşılaşma – TURA BU GÜN YEKUN VURULACAQ

Bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Etikxeber.az məlumat verir ki, VI tur çərçivəsində 10 qarşılaşma baş tutub.

C qrupunda Hollandiya Estoniya səfərindən qələbə ilə ayrılıb. Almaniyanı qəbul edən Şimali İrlandiya ilk məğlubiyyətini alıb.

 Azərbaycanın yer aldığı E qrupunda liderlər büdrəyiblər. Yığmamız Xorvatiya ilə heç-heçə edib. Macarıstan isə evdə Slovakiyanın öhdəsindən gələ bilməyib.

G qrupunda liderlər Polşa və Avstriya arasında görüş qolsuz başa çatıb. Onların izləyiciləri Sloveniya ilə İsrailin duelində 5 qol vurulub. Balkanlılar üç xalı 3 qolla əldə ediblər. Şimali Makedoniya isə Latviya üzərində qələbə ilə əsas rəqiblərinə yaxınlaşıb.

I qrupunun lideri Belçika Şotlandiyanı darmadağın edib. Kipr isə autsayder San-Marinonu asanlıqla məğlubiyyətə uğradıb. Rusiya isə Qazaxıstanın müqavimətini matçın sonlarında qıra bilib.

Qeyd edək ki, VI tur sentyabrın 10-da başa çatacaq.

AVRO-2020-nin seçmə mərhələsi

VI tur

9 sentyabr

C qrupu
22:45. Şimali İrlandiya – Almaniya – 0:2

Helstenberq, 48, Qnabri, 90
22:45. Estoniya – Hollandiya – 0:4
Babel, 17, 48, Depay, 76, Viynaldum, 87

1 Almaniya 5 4 0 1 17-6 12
2 Ş.İrlandiya 5 4 0 1 7-4 12
3 Hollandiya 4 3 0 1 14-5 9
4 Belarus 5 1 0 4 3-10 3
5 Estoniya 5 0 0 5 2-18 0

Növbəti oyunlar oktyabrın 10-da keçiriləcək: Belarus – Estoniya, Şimali İrlandiya – Hollandiya.

E qrupu
20:00. Azərbaycan – Xorvatiya – 1:1

Xəlilzadə, 72 – Modriç, 11 (pen.)
22:45. Macarıstan – Slovakiya – 1:2
Şoboşlai, 50 – Mak, 40, Bojenik, 59

1 Xorvatiya 5 3 1 1 10-5 10
2 Slovakiya 5 3 0 2 9-7 9
3 Macarıstan 5 3 0 2 7-6 9
4 Uels 4 2 0 2 4-4 6
5 Azərbaycan 5 0 1 4 5-13 1

Növbəti oyunlar oktyabrın 10-da keçiriləcək: Slovakiya – Uels, Xorvatiya – Macarıstan.

G qrupu
22:45. Sloveniya – İsrail – 3:2

Verbiç, 43, 90, Bezyak, 66 – Natxo, 50, Zahavi, 63
22:45. Polşa – Avstriya – 0:0
22:45. Latviya – Şimali Makedoniya – 0:2

Pandev, 14, Bardyi, 1

1 Polşa 6 4 1 1 8-2 13
2 Sloveniya 6 3 2 1 12-5 11
3 Avstriya 6 3 1 2 13-6 10
4 Ş.Makedoniya 6 2 2 2 8-8 8
5 İsrail 6 2 2 2 11-11 8
6 Latviya 6 0 0 6 1-21 0

Növbəti oyunlar oktyabrın 10-da keçiriləcək: Latviya – Polşa, Şimali Makedoniya – Sloveniya, Avstriya – İsrail.

İ qrupu
22:45. Şotlandiya – Belçika – 0:4

Lukaku, 9, Vermalen, 24, Alderveyreldt, 32, De Bruyne, 82
22:45. San-Marino – Kipr – 0:4
Kousoulos, 2, 73, Papoulos, 38, Animatas, 75
22:45. Rusiya – Qazaxıstan – 1:0
Fernandes, 89

1 Belçika 6 6 0 0 19-1 18
2 Rusiya 6 5 0 1 18-4 15
3 Qazaxıstan 6 2 1 3 8-9 7
4 Kipr 6 2 1 3 11-6 7
5 Şotlandiya 6 2 0 4 5-13 6
6 San-Marino 6 0 0 6 0-28 0

Növbəti oyunlar oktyabrın 10-da keçiriləcək: Qazaxıstan – Kipr, Rusiya – Şotlandiya, Belçika – San-Marino.

Etikxeber.az

Read Previous

İki futbolçumuz Macarıstan yığması ilə oyunu buraxacaq…

Read Next

Bu gün Aşuradır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir