“Avro 2020”nin oyunlarına bilet satışının birinci mərhələsinə yekun vurulacaq

Bu gün  futbol üzrə Avropa çempionatının oyunlarına bilet satışının birinci mərhələsinə yekun vurulacaq.

Etikxeber.az  xəbər verir ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatın oyunları 12 ölkədə təşkil olunacaq.

Qarşılaşmalara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburq şəhərləri ev sahibliyi edəcək.

Avropa çempionatının 60 illik yubileyinə həsr olunan bu turnirin oyunlarına rekord sayda – üç milyon bilet satışa çıxarılıb. Biletlərin satışa çıxarıldığı ötən dörd həftə ərzində 204 ölkədən 14 milyon müraciət qeydə alınıb. Bilet satışında ən çox müraciət edən ölkələr İngiltərə, Macarıstan, Almaniya, Hollandiya və Rusiya olub.

Bütün biletlər internet vasitəsilə euro2020.com/tickets veb-səhifəsində satışa çıxarılıb.

Etikxeber.az

Read Previous

Aydın Qurbanovun vəfatı ilə bağlı ictimaiyyət vaxtında məlumatlandırılıb – BAŞ PROKURORLUĞUN İDDİASI

Read Next

George Hacinin oğlu Yanis Haci “Genk” komandasında oynayacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir