“Avro-2020”yə vəsiqə uğrunda play-off oyunları iyunda-KEÇİRİLƏCƏK

UEFA bu yay keçirilməli olan “Avro-2020”nin tarixinin dəyişdirilməsi və 2021-ci ilə keçirilməsi ilə əlaqədar qərar qəbul edib.

Etikxeber.az AFFA-nın saytına istinadla xəbər verir ki, qərarın qəbulu zamanı iştirakçıların sağlamlığının prioritet məsələ olması və çempionatın təşkil ediləcəyi ölkələrdə dövlət orqanlarının üzərinə hər hansı əlavə təzyiqin düşməməsi nəzərə alınıb. “Avro-2020”nin tarixinin dəyişdirilməsi COVİD-19-la əlaqədar məcburi fasilə yaranmış ölkə çempionatlarının yekunlaşdırılmasına şərait yaradacaq.

UEFA səviyyəsində klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında bütün oyunlar növbəti qərar qəbul olunanadək təxirə salınıb. “Avro-2020”yə vəsiqə uğrunda martın sonuna təyin olunmuş play-off matçları mövcud situasiya dəyərləndirildikdən sonra iyun ayındakı beynəlxalq oyun günlərində keçiriləcək.

Müvafiq qərarlar martın 17-də UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış, qurumun üzvü olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra təşkilatın İcraiyyə Komitəsi tərəfindən qəbul edilib.

“Avro-2020” üçün yeni tarix 2021-ci il iyunun 11-dən iyulun 11-dək müəyyənləşdirilib.

Klub və milli komandalar səviyyəsində kişilər və qadınlar arasında digər turnirlərin vaxtı yaxın zamanlarda elan olunacaq.

Etikxeber.az

Read Previous

“Nə mənim, nə heç bir vətəndaşımızın ixtiyarı yoxdur ki…” – MİLLƏT VƏKİLİ ÇAĞIRIŞ ETDİ

Read Next

Uşaq övladlığa götürən əcnəbilərə hüquqi yardım göstərən orqanlara dair tələblər-MÜƏYYƏNLƏŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir