Avroliqa: “Bney Yehuda” – “Neftçi” – 2:1 – YENİLƏNİB – (7)

“Neftçi” klubu bu gün növbəti avrokubok oyununu keçirəcək. 

Etikxeber.az xəbər verir ki, Avropa Liqasında mübarizəni davam etdirən Azərbaycan təmsilçisi III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Ölkənin ən titullu klubu İsraildə yerli “Bney Yehuda” ilə görüşəcək.

Bakıda 2:2 hesablı heç-heçə ilə kifayətlənən paytaxt klubu səfərdə qalib gəlməyə borcludur.

“Neftçi” bunu bacarsa, pley-offda “Malmö” – “Zrinski” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
15 avqust
21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi”
Baş hakim:
 Daniele Doveri
Baş hakimin köməkçiləri: Alessandro Kostanzo, Alessio Tolfo
Dördüncü hakim: Fabrisio Pasqua (hamısı İtaliya)
Hakim-inspektor: Stefane Lanno (Fransa)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Petah Tikva. “Ha Moşava” stadionu

***

“Bney Yehuda” və “Neftçi” komandaları arasında avqustun 15-də saat 21:00-da keçiriləcək qarşılaşmanın start heyətləri açıqlanıb.

Petah Tikvadakı “Ha Moshava” stadionunda oynanılacaq görüşdə “Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, M.Mbodj, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Kane, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxacaq.

Meydan sahiblərinin heyətində isə Emiliyus Zubas, Din Mori, Daniel Felczer, Amir Rustom, Şay Mazor, Avişay Koen, İsmaila Soro, Tambi Saqas, Dor Yan, Mohammed Qadir və Alban Pnişi yer alacaqlar.

Cavab qarşılaşmasının baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.

Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq.

İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

***

Qarşılaşma başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

Oyunda hesab açılıb.

14-cü dəqiqədə israillilər 1:0 önə keçiblər.

***

Birinci hissə “Bney Yehuda”nın 1:0 üstünlüyü ilə başa çatıb.

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab 1-0 ev sahiblərinin xeyrinədir.

***

Oyunda hesab artıb.

Ev sahibləri 67-ci dəqiqədə ikinci topu vurublar-2:0.

***

Artırma dəqiqələri başlayıb.

“Neftçi” penaltı ilə hesabı azaldıb-2:1.

***

Oyun 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

“Neftçi” Avroliqadakı mübarizəsini dayandırıb.

Etikxeber.az

Read Previous

Millət vəkilindən Bərdə məktəblilərinə – TƏBRİK

Read Next

Daha iki nəfər batmaq təhlükəsindən xilas edildi – FHN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir