“Qarabağ”dan möhtəşəm qələbə – 4:1 – NÖVBƏTİ ERMƏNİ TƏXRİBATI – YENİLƏNİB – (12)

Oktyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları baş tutacaq.

Etikxeber.az xəbər verir ki, Türkiyənin 3 təmsilçisi ikinci oyunlarını öz meydanlarında keçirəcək.

Belə ki, “Trabzonspor” “Xetafe” (İspaniya) komandasını, “Başakşehir” “Borussiya Mönxenqladbax”ı (Almaniya), “Beşiktaş” isə İngiltərənin “Vulverhempton” klubunu qəbul edəcək.

Günün bütün görüşləri aşağıdakılardır:

“A” qrupu:

“Sevilya” (İspaniya) – APOEL (Kipr),

“Düdelanj” (Lüksemburq) – “QARABAĞ” (AZƏRBAYCAN).

Xal durumu: “Düdelanj” – 3, “Sevilya” – 3, APOEL – 0, “Qarabağ” – 0.

“B” qrupu:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka),

“Luqano” (İsveçrə) – “Dinamo” (Kiyev, Ukrayna).

Xal durumu: “Kopenhagen” – 3, “Dinamo” – 3, “Luqano” – 0, “Malmö” – 0.

“C” qrupu:

“Krasnodar” (Rusiya) – “Xetafe” (İspaniya),

“Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə).

Xal durumu: “Bazel” – 3, “Xetafe”- 3, “Trabzonspor” – 0, “Krasnodar” – 0.

“D” qrupu:

“Sportinq” (Portuqaliya) – LASK (Avstriya),

“Rusenborq” (Norveç) – PSV (Hollandiya).

Xal durumu: LASK – 3, PSV – 3, “Rusenborq” – 0, “Sportinq” – 0.

“E” qrupu:

“Latsio” (İtaliya) – “Renn” (Fransa),

“Seltik” (Şotlandiya) – ÇFR (Rumıniya).

Xal durumu: ÇFR – 3, “Seltik” – 1, “Renn” – 1, “Latsio” – 0.

“F” qrupu:

“Arsenal” (İngiltərə) – “Standard” (Belçika),

“Vitoriya” (Portuqaliya) – “Ayntraxt” (Almaniya).

Xal durumu: “Arsenal” – 3, “Standard” – 3, “Ayntraxt” – 0, “Vitoriya” – 0.

“G” qrupu:

“Yanq Boyz” (İsveçrə) – “Qlazqo Reyncers” (Şotlandiya),

“Feyenoord” (Hollandiya) – “Portu” (Portuqaliya).

Xal durumu: “Portu” – 3, “Qlazqo Reyncers” – 3, “Yanq Boyz” – 0, “Feyenoord” – 0.

“H” qrupu:

CSKA (Rusiya) – “Espanyol” (İspaniya),

“Ferentsvaroş” (Macarıstan) – “Lüdoqorets” (Bolqarıstan).

Xal durumu: “Lüdoqorets” – 3, “Ferentsvaroş” – 1, “Espanyol” – 1, CSKA – 0.

“I” qrupu:

“Sent-Etyen” (Fransa) – “Volfsburq” (Almaniya),

“Aleksandriya” (Ukrayna) – “Gent” (Belçika).

Xal durumu: “Gent” – 3, “Volfsburq” – 3, “Sent-Etyen” – 0, “Aleksandriya” – 0.

“J” qrupu:

“Başakşehir” (Türkiyə) – “Borussiya Mönxenqladbax” (Almaniya),

“Volfsberq” (Avstriya) – “Roma” (İtaliya).

Xal durumu: “Roma” – 3, “Volfsberq” – 3, “İstanbul Başakşehir” – 0, “Borussiya” – 0.

“K” qrupu:

“Beşiktaş” (Türkiyə) – “Vulverhempton” (İngiltərə),

“Braqa” (Portuqaliya) – “Slovan” (Bratislava, Slovakiya).

Xal durumu: “Braqa” – 3, “Slovan” – 3, “Beşiktaş” – 0, “Vulverhempton” – 0.

“L” qrupu:

“Astana” (Qazaxıstan) – “Partizan” (Serbiya),

“AZ Alkmaar” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə).

Xal durumu: “Mançester Yunayted” – 3, “AZ Alkmaar” – 1, “Partizan” – 1, “Astana” – 0.

***

“Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) komandalarının start heyətləri açıqlanıb.

Düdelanj: 1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antone Bernye, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren, 98. Loran Mendi
Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kols, 13. Omar Natami, 23. Rayan Klapp, 24. Mehdi Kirş, 27. Adel Bettayeb, 28. Şarl Morren

Baş məşqçi: Bertran Krasson

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Fayçal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Geye

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Con Biton (Şotlandiya)

Lüksemburq. “Josi Bartel” stadionu

***

Qarşılaşmanın birinci hissəsi başlayıb.

Hesab hələlik açılmayıb.

***

Oyunda hesab açılıb.

Matçın 11-ci dəqiqəsindən Abdullah Zubir hesabı açıb – 1:0.

***

Oyunda hesab dəyişib.

Matçın 30-cu dəqiqəsindən Ağdam təmsilçisi ikinci dəfə fərqlənib.

Ev sahiblərini bu dəfə Miçel cəzalandırıb – 2:0.

***

Artıq 10 dəqiqəyə yaxındır oyun yarımçıq dayandırılıb.

Hakimlərin nə qərar verəcəyi gözlənilir.

***

Oyunun dayandırılmasına səbəb təxribat hadisəsi olub. 

Xoşagəlməz hadisə-təxribat  Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb.

Buna səbəb separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub.

Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb.

Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb.

***

Oyunun davam etdirilməsinə qərar verilib.

Birinci hissə qaldığı yerdən davam etdirilir.

***

Oyunda hesab yenidən dəyişib.

“Qarabağ” penaltı ilə hesabı 3:0-a çatdırıb.

***

Oyunun birinci hissəsi 3:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab 3:0 “Qarabağ”ın xeyrinədir.

***

Oyunda hesab yenidən dəyişib.

69-cu dəqiqədə “Qarabağ” hesabı 4:0-a çatdırıb.

***

Oyunda ev sahibləri fərqi azaldıblar.

Matçın 90-cı dəqiqəsində Antone Bernye fərqlənib – 1:4.

***

Oyun “Qarabağ”ın möhtəşəm qələbəsi ilə başa çatıb-4:1.

Etikxeber.az

Read Previous

“Qarabağ – Azərbaycandır. Və nida işarəsi” – İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Avroliqada II turun oyunları – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir