Avroliqa: finalda “Ayaks”la “Mançester Yunayted” qarşılaşacaq – YENİLƏNİB

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Etikxeber.az xəbər verir ki, ilk oyunda səfərdə “Ayaks”a 4:1 hesabı ilə məğlub olan “Lion”u doğma meydandakı 3:1 hesablı qələbə də xilas etməyib. Hollandiyalılar azlıqda qalsalar da, sona qədər əzmkar oyun nümayiş etdirərək, finala çıxıblar.

“Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan “Mançester Yunayted” isə bu dəfə rəqibini “Old Trafford”da qəbul edib və oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. İki oyunun nəticəsinə görə “Mançester Yunayted” finala yüksəlib.

Beləliklə, mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək final matçında “Mançester Yunayted”lə “Ayaks” üz-üzə gələcək.

Etikxeber.az

Read Previous

“Bakı-2017”: Kişi voleybolçularımız ilk oyunda qələbə qazandılar – FOTO

Read Next

“Eurovision-2017″nin finalında iştirak edəcək ölkələr məlum oldu – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir