Avroliqa: “Qarabağ” – “Linfild” – 2:1 – “QARABAĞ” QRUP MƏRHƏLƏSİNDƏ – YENİLƏNİB – (6)

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində “Qarabağ” və “Linfild” komandaları arasında keçiriləcək qarşılaşma üçün klubların start heyətləri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirdə Vaqner Silva, Ailton Silva, Rahil Məmmədov, Maksim Medvedev, Miçel Madeyra, Xayme Romero, Mahir Emreli, Rəşad Sadıqov, Abdullah Zubir, Riçard Almeyda və Maqaye Qeye yer alıblar.

“Linfild”in heyətində isə meydana Rohan Ferguson, Kris Kasement, Mark Stafford, Ryan Mcgivern, Metyu Klark, Jamie Mulgrev, Stephen Fallon, Kirk Millar, Bastien Heri, Niall Quinn və Shayne Laveri çıxacaqlar.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüş “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Oyunu rusiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Sxarer olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi olacaq.

Hər iki komanda oyuna itkilərlə çıxacaq.

“Qarabağ” klubunun mərkəz müdafiəçisi Bədavi Hüseynov ilə yarımmüdafiəçi Filip Ozobiçin, qonaqların heyətində isə Qaret Deane və Mark Hauqheyin zədə səbəbindən meydana çıxmayacaqlar.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb – 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub – 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasını (2:2, 1:0), daha sonra “Sutyeska”nı (Monteneqro) məğlub edərək (2:1, 3:2) play-off mərhələsinə vəsiqə qazanıb.

***

Qarşılaşma başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

Oyunda hesab açılıb.

6-cı dəqiqədə “Qarabağ” hesabda önə çıxıb-1:0.

***

Oyunun birinci hissəsi başa çatıb.

Hesab 1:0 “Qarabağ”ın xeyrinədir.

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Hesab 1:0 “Qarabağ”ın xeyrinədir.

***

Oyunda hesab dəyişib.

“Qarabağ” hesabı bir qədər də artırıb.

Abdullah Zubir hesabı 2:0-a çatdırıb.

***

İkinci hissənin artırma dəqiqələri başlayıb.

Artırma dəqiqələrində qonaqlar vurulan qollardan birinin əvəzini çıxıblar və hesab 2:1 olub.

Oyun 2:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb və bununla “Qarabağ” Avroliqanın qrup mərhələsinə adlayıb.

Etikxeber.az

Read Previous

“PSJ”, “Real”, “Brügge”, “Qalatasaray” – ÇEMPİONLAR LİQASININ QRUP MƏRHƏLƏSİ BAŞLAYIR

Read Next

“O, ciddi və savadlı dövlət adamı deyil…” – MİLLƏT VƏKİLİ – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir