Avroliqa: “Qarabağ” – “Linfild” – SABAH

Vacib oyuna çıxırıq. Rəqibin güclü olduğunu başa düşürük. Buna görə də cavab qarşılaşmasına ciddi hazırlaşmışıq. Futbolçularımız sabah lazım olan nəticəni əldə etmək üçün ən yaxşı oyunlarını göstərəcəklər.

Etikxeber.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyanın “Linfild” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçından əvvəl mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis bildirib ki, avrokuboklarda 100-cü yubiley qarşılaşmasına çıxacağı barədə düşünmür: “Hər matç bizim üçün vacibdir. Belə turnirlərdə mütləq qələbə lazım gəlir. Sabah meydanda özümü yox, komandanı düşünəcəyəm. Arzu edirəm ki, “Qarabağ”ın Avropada daha çox uğuru olsun”.

Q.Qurbanov düzgün müdafiə olunmağın vacibliyini də vurğulayıb: “Elə komandalar var ki, müdafiə taktikasına üstünlük verirlər. Belə oyunlarımız çox olub. Bəzən 2-3 qol vurmuşuq. Sadəcə, belə görüşlərdə oyunçular daha sərrast və diqqətli olmalıdırlar”.

qurbannnnnnnnnnnnnnnnnnnnn

Təcrübəli baş məşqçi tribunaların dolacağına da ümidvar olduğunu bildirib.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Linfild” matçı saat 20:00-da başlayacaq.

Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb – 3:2.

Cavab görüşündə Azərbaycan komandasına minimal hesablı qələbə də kifayət edəcək.

Etikxeber.az

Read Previous

Ermənistanda hamı bilir ki, Azərbaycan bir gün bunu mütləq edəcək…” – DEPUTAT

Read Next

Çempionlar Liqası: Daha üç vəsiqənin sahibi məlum olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir