Avroliqa: “Qarabağ” və “APOEL” UDUZDU – (7)

“Qarabağ” bu gün növbəti Avrokubok matçını keçirəcək.

Etikxeber.az məlumat verir ki,  Ağdam klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.

Ardıcıl 6-cı dəfə avrokubokların qrupunda yer alan təmsilçimiz İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq. Bu oyun A qrupunun I turu çərçivəsində baş tutacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” qrupdan çıxmağa iddia etdiyindən evdə uduzmamalıdır.
Düzdür, rəqib La Liqanın lideridir və Avropa Liqasında qazanılan kubok sayında rekordçudur.
Amma “Qarabağ”ın evdə güclü rəqiblərin əksərinə ciddi müqavimət göstərdiyini də nəzərə almaq lazımdır.
Avropa Liqasının beşqat qalibi ilə görüşdə qazanılacaq xal təmsilçimizin 1/16 finala vəsiqə uğrunda mübarizəsi baxımından əhəmiyyətli olacaq.

İndiyədək qrup mərhələsinə iki dəfə evdə başlayan Ağdam klubu beş il öncə “Sent-Etyenn”, üç il əvvəl “Slovan”la heç-heçə edib. Bu dəfə də Q.Qurbanovun yetirmələri xal qazanmaq üçün mübarizə aparacaq.

Qrupun digər matçı Kiprdə baş tutacaq.

APOEL öz meydanında Lüksemburq klubu “Düdelanj”ı sınağa çəkəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu saat 20:55-də başlayacaq.

Avropa Liqası

Qrup mərhələsi

I tur

19 sentyabr

A qrupu

20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)

Baş hakim: Yevgeni Aranovski

Baş hakimin köməkçiləri: Semyon Şlonçak, İqor Alyoxin

Dördüncü hakim: Yaroslav Kozik (hamısı Ukrayna)

Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)

UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan).

***

Hər iki millinin heyətləri açıqlanıb.

***

Qarşılaşmanın birinci hissəsi başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

“Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) oyununda fasilə yaranıb.

Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra hesab açılmayıb – 0:0.

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Hesab hələ ki, açılmayıb.

***

 “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) oyununda hesab açılıb.

Bakıda keçirilən matçın ilk 62-ci dəqiqəsində qonaqlar cərimə zərbəsindən fərqləniblər. Xavyer Ernandes qapını dəqiq nişan alıb – 1:0.

***

“Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) oyununda hesab dəyişib.

Matçın 78-ci dəqiqəsində qonaqlar Ağdam klubunu ikinci dəfə cəzalandırıblar. Bu dəfə Munir baxımlı qola imza atıb.

***

“Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) oyununda üçüncü qol vurulub.

Qarşılaşmanın 85-ci dəqiqəsində qonaqlar daha bir dəfə fərqləniblər. Torres ispanların 3-cü qolunu vurub.

***

Oyun başa çatıb.

Qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.

Həmçinin, qeyd edək ki, A qrupunun digər matçı Kiprdə baş tutub.

APOEL öz meydanında Lüksemburq təmsilçisi “Düdelanj”a 3:4 hesabı ilə uduzub.

Etikxeber.az

Read Previous

“Əsl dost, sınanmış tərəfdaşsınız…” – Lİ ÇANŞU SPİKERLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO

Read Next

“Qarabağ” onları yarışdan kənarlaşdıra bilərdi…” – LOPETEQİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir